Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolts və İtaliya Baş naziri Mario Draqi ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər əsasən Rusiyanın qaz tədarükü ilə bağlı ödənişləri rublla almaq istəməsi barədə müzakirə aparıblar.
Şoltsla söhbətində Putin qeyd edib ki, qərar Rusiya qazının avropalı idxalçıları üçün müqavilə şərtlərinin pisləşməsinə səbəb olmamalıdır.
Tərəflər bu məsələnin iki ölkənin ekspertləri tərəfindən daha sonra müzakirə ediləcəyi barədə razılığa gəliblər.
Rusiya prezidenti Draqi ilə söhbətində də eyni məsələni müzakirə edib.