Aprelin 1-də 108 yaşı tamam olacaq Böyük Britaniya sakini uzunömürlü olmasının sirrini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb.
Marcori Hodnet 1914-cü ildə anadan olub. Onun uşaqlıq xatirələri Birinci Dünya müharibəsi zamanı almanların Londonu bombalaması ilə bağlıdır.
"Məni yeməkxanaya apardılar və masanın altındakı döşəyin üstünə qoydular. Bir dəfə anam şəhərin üzərində uçan təyyarələri göstərmək üçün məni bayıra çıxardı", - qadın xatirələrini bölüşərkən deyib.
Britaniyalı qadın 2 dəfə ailə həyatı qurub və məktəbdə müəllim işləyib.
Hodnet hesab edir ki, o, həmişə yaxşı işlər gördüyü üçün bu qədər uzun ömür yaşayıb.
O, uzunömürlülüyünün sirri ilə bağlı sualı belə cavablandırıb: "Hər kəsə hər şəkildə və bacardığınız qədər yaxşılıq edin".
Bununla belə, etiraf edib ki, onun ailəsində başqa uzunömürlü insanlar da olub. Məsələn, qohumlarından biri 103 il yaşayıb. (publika.az)