Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Medinski bildirir ki, İstanbul görüşündə Kiyev mahiyyətcə Moskvanın prinsipial tələbləri ilə razılaşdı.
- NATO-ya üzv olmaqdan imtina edir, nüvə silahı əldə etmək, hərbi bazaların və hərbi kontingentin ölkə ərazisində yerləşdirilməsi də daxil olmaqla, “neytral status”la razılaşır.
Ukrayna belə bir sazişin imzalanmasını öncədən təklif edir və ABŞ, Avropa ölkələri, eləcə də Türkiyənin iştirakı ilə təhlükəsizlik qarantı tələb edir.
Rəsmi Kiyevin Krım və Donbasla bağlı təklifi isə Moskva tərəfindən qəbul edilməyib. Öncə Peskov bildirdi ki, Krımın müzakirəyə çıxarılması Rusiya Konstitusiyasına ziddir.
Konstitusiyaya görə, Rusiya torpaqları ilə bağlı məsələləri müzakirəyə çıxarmır. Krım Ukrayna torpağı olsa da, ilhaqından sonra Moskva eyni yanaşmanı bu ərazilərə də şamil edir.
Mediniski də bildirib ki, Krım və Donbasla bağlı tələbləri gündəmdədir. Söhbət Ukraynanın Krımı Rusiya ərazisi kimi, Donbasın isə müstəqilliyini tanımasından gedir. Ukrayna tərəfi bu məsələnin Zelenski-Putin görüşündə müzakirə edilməsinin tərəfdarıdır.
Lakin Rusiyanın mövqe, eləcə də Ukrayna ərazisində rus ordusunun yerdəyişməsi Moskvanın Donbası tam işğal etmək və bundan sonra masada Kiyevə tələblərini qəbul etdirmək planından xəbər verir.