Saakaşvilinin azad edilməsi Ukrayna və Gürcüstan üçün əlavə başağrısı deməkdir.
Axar.az xəbər verir ki, bu sözləri hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, keçmiş prezident həbsxanadan kənarda hər iki ölkəyə zərər yetirə bilər:
“O, həbsxanadan kənarda həm Gürcüstana, həm də Ukraynaya zərər verə bilər. Nəticə etibarı ilə Saakaşvilinin həbsdən kənarda olmasının heç bir siyasi məqsədəuyğunluğu yoxdur”.