Britaniya kəşfiyyatı müharibənin 34-cü günü üçün (29 mart) Ukraynadakı vəziyyəti əks etdirən xəritəni yeniləyib.
Axar.az xəbər verir ki, xəritədə Rusiyanın əsasın Krıma quru sərhədini tam təmin etdiyi, həmçinin şimal istiqamətində bir çox əraziləri götürdüyü, ancaq Mariupol da daxil olmaqla, bəzi istiqamətlərdə ciddi müqavimətin davam etdiyi görünür.
Bu xəritə Rusiyanın Kiyev və Çerniqov vilayətindən geri çəkilmə istəyinin səbəbini anlamağa da yardım edir.
Qeyd edək ki, Rusiya MN Kiyev vilayətində hücumu azaltdıqlarını təsdiqləsə də, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Podolyak az öncə verdiyi açıqlamada hər hansı əhəmiyyətli azalma olmadığını, rus qüvvələrinin Kiyev istiqamətində əsas qüvvələrinin yerində qaldığını açıqlayıb. Britaniya kəşfiyyatı da rus ordusunun tam geri çəkildiyini təsdiqləməyib. Bu baxımdan hücumların məhdudlaşdırılmasının müharibə manevri ola bilməsi ehtimalı da gündəmə gəlib.