Ukrayna alaylarının səpələnmiş qrupları Mariupolun müəyyən ərazilərində ola bilər, şəhərdə təmizlik işləri aparılır.
Axar.az xəbər verir ki, bunu qondarma “dxr”in başçısı Denis Puşilin deyib.
Onun sözlərinə görə, Ukrayna alaylarının əsas toplandığı yer “Azovstal” zavodu ərazisidir:
“Onların qısa müddətdə məhv edilməsi istiqamətində işlər görülür. Vaxt yoxdur, insanlara yardım etmək, bütün istiqamətlərdə dəstək göstərmək lazımdır”.