Avropa Komissiyası bunun baş verməyəcəyinə ümid edərək AB ölkələrinə qaz tədarükünü dayandırmaq imkanına hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans deyib.
“Biz Avropa Komissiyası olaraq bir müddətdir ki, yarana biləcək, lakin reallaşmayacağına ümid etdiyimiz hər hansı potensial vəziyyətə hazırlaşırıq. Hökumətlər buna hazırlaşır. Biz istənilən belə hallara hazırıq, təbii ki, hər kəsin bu cür vəziyyətə hazır olmasını təmin etmək üçün AB ölkələri ilə sıx əməkdaşlıq edəcəyik”, - vitse-prezident qeyd edib.