Britaniya hakimiyyəti qondarma “dxr” və “lxr”ə sanksiyalar tətbiq etmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, müvafiq layihə bu gün ölkə parlamentinə təqdim olunacaq:
“Parlamentə təqdim edilən yeni qanun layihəsi çərçivəsində Krıma qarşı sanksiyalar Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarətində olan ərazilərinə də şamil ediləcək”.
Qeyd olunur ki, yeni sanksiyalar Rusiyadan olan oliqarxların şəxsi təyyarələri və yaxtalarının texniki baxışına da təsir edəcək.