Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılması o deməkdir ki, onlar başqa istiqamətə keçirilir.
Axar.az xəbər verir ki, bunu ehtiyatda olan britaniyalı general, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Ser Riçard Şirref deyib.
Şirref Rusiya rəhbərliyinin Kiyev və Çerniqov vilayətlərində deeskalasiya ilə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını bildirib.
“Bu, demək olar ki, bir çox əməliyyat bölgələrində irəliləmək cəhdinin uğursuzluğa düçar olmasının etirafıdır və çox güman ki, qüvvələrin başqa yerlərdə cəmlənməsinin xəbərçisidir. Amma mən bəzi aldadıcı manevrləri də istisna etmirəm. Nə qədər ki, Putin Kremldədir, Avropada sülh mümkün deyil”.