ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinə qarşı dediyi şəxsi təhqirlər iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir.
Lakin istənilən halda Moskva və Vaşinqton arasında dialoq olmalıdır və bu, dünyanın maraqları baxımından vacibdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün mətbuat konfransı zamanı deyib.
“Şəxsi təhqirlər dövlət başçıları arasında münasibətlərdə öz izini buraxmaya bilməz. Üstəlik, dövlət başçısının ritorikasında şəxsi təhqirlər ümumiyyətlə yer almamalıdır. Rusiya və ABŞ arasında dialoq istənilən halda lazımdır. Bu, təkcə iki ölkənin deyil, həm də bütün dünyanın mənafeyi üçün vacibdir. Bu və ya digər şəkildə iki dövlət olaraq gec-tez strateji sabitlik, təhlükəsizlik və s. məsələlərdən danışmalı olacağıq”, - Peskov deyib.