Yaponiya Rusiyaya lüks avtomobillərin ixracını qadağan edib.
Axar.az xəbər verir ki, bu barədə Baş nazir Kişida Fumio bəyanat yayıb.
Bildirilib ki, Rusiyaya qarşı genişləndirilmiş iqtisadi sanksiyalar çərçivəsində lüks avtomobillər, zərgərlik məmulatları və sənət əsərləri kimi dəbdəbəli məhsulların Rusiyaya ixracı qadağan edilib.
Bu qadağa aprelin 5-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Vladivastokda yaşayan həmvətənlərimizin saytımıza verdikləri məlumata görə, bu sanksiya rəsmi qüvvəyə minməmiş Yaponiya artıq bir müddət əvvəl Rusiyada avtomobil satışına qadağa qoyub.