Almaniya Prezidenti Frank-Valter Ştaynmayer koronavirus testinin cavabının müsbət çıxması səbəbindən Polşaya martın 29-na nəzərdə tutulan səfərini ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.
Bildirilib ki, Ştaynmayerin PCR testinin cavabı yenidən müsbət olub.
Prezident Polşaya səfərin ləğvindən dolayı təəssüfləndiyini gizlətməyib.
Qeyd edək ki, martın 22-də Ştaynmayer və onun həyat yoldaşının koronavirusa yoluxması barədə məlumat yayılmışdı.