14:25

Rusiyada çox ziddiyyətli, bir-birini təkzib edən, bəzən isə tragikomik vəziyyət yaradan təbliğat baş alıb gedir.

 

Bəzən doğrudan da təəccüb edirsən: bu ölkəni kim idarə edir? Doğrudanmı Putin hakimi-mütləqdir, onun sözü ilə ölkə idarə olunur, yoxsa hər kəsin şəxsi marağı var və bu “şəxsi maraqlar” Putinə xəyanətə belə hazırdır?

Məsələn:

- Putin dedi ki, Ukraynada “xüsusi hərbi əməliyyat”a yalnız peşəkarlar, xüsusi təyinatlılar cəlb edilib. Ancaq Ukrayna ordusu artıq 18-19 yaşlı çağırışçıların əsir düşdüyünü əks etdirən videolarla sosial şəbəkələri doldurmuşdu. Ona görə də bu təbliğat dərhal fiaskoya uğradı - əvəzində Rusiya MN-dəki 8 general ali komandanlığın əmrinə tabe olmayıb, Ukraynaya çağırışçı göndərdiyi üçün işindən uzaqlaşdırıldı.

- Rusiya müharibədə ciddi itkilərini inkar edirdi, ən son 2 martda 498 nəfərin həlak olduğu bildirilmişdi. 25 martda isə məlumatı yenilədi: 1351 əsgər ölüb, 3825-i yaralanıb.

Sayın azaldıldığı haqda məlumatları bir kənara qoysaq, bu, ümumilikdə 5200-ə yaxın canlı qüvvənin sıradan çıxması deməkdir. Bu sıraya Donbas separatçılarının “müdafiə qüvvələrinin”, o cümlədən muzdluların, həmçinin Ukrayna morqlarında qalan və yiyə çıxılmayan əsgər meyitlərinin və yüzlərlə əsirin daxil edilmədiyini nəzərə alsaq, itkilərin həcmini təsəvvür etmək olar. Bir daha təkrarlayaq ki, bu, hələ rəsmi rəqəmdir!

- Ukraynada hərbi əməliyyatın “plan üzrə” getdiyi bildirilirdi; ancaq indi rus hərbi ekspertlər, hətta Donbas separatçıları belə heç bir ciddi uğur əldə edilmədiyi haqda danışmağa başlayıblar. Dünyanın ən böyük gücü 33 gündür Ukrayna “millətçilərinin” müqavimətini qıra bilmir!

- Müharibənin ilk günlərində meydanda olan Şoyqu artıq 11 martdan yoxa çıxıb – 13 gündən sonra zəngləri və TŞ-də məruzə etdiyi haqda məlumatlar yayılsa da, faktiki olaraq ortada yoxdur. Bu isə o deməkdir ki, Şoyqunun rəhbərlik etdiyi MN qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilmir.

- İlk gündən sanksiyaların heç bir təsirinin olmadığı bildirilirdi, “SSRİ də sanksiyalar altında yaşadı və qalib gəldi” deyilirdi. Halbuki SSRİ qalib gəlsə, gərək indi mövcud olaydı.

Qısa müddət sonra isə bu ölkənin ən qatı millətçi-şovinist aparıcısı Solovyov belə sanksiyaların ölkəni çöküşə sürüklədiyini etiraf etdi...

Saymaqla bitməyəcək bu cür “performanslardan” sonra indi də Rusiya rəsmi mediası daha rüsvayçı təbliğata başlayıb.

Məsələn:

- Basurinin “Ukraynanın sursatı tükənmək üzrədir” açıqlamasını manşetə daşıyırlar.

Ukraynaya hər gün milyardlarla silah-sursat axır, muzdlular gəlir, əcnəbi legionlar artıq savaşa girib, partizan müharibəsi hər yerə yayılıb, rusların aldıqları şəhəri belə əldə saxlamaq imkanları tükənib, ukraynalılar əks-hücuma keçib, yaşayış məntəqələrini azad edirlər.

Müharibədir, uğrusuzluqlar da ola bilər. Ancaq separatçı Basurinin mənasız təbliğat feykinin ümidinə qalmaq Rusiyanın olan-qalan hərbi imici üçün yaxşı heç nə vəd etmir.

- Rusiya təbliğatı nə günə qalıb ki, Zelenskinin rus jurnalistlərə verdiyi müsahibəni belə qadağan edirlər.

Doğrudanmı Rusiyada ağıllı adam qalmayıb? Bilmirlər ki, indi hansısa açıqlamanın yayılmasını qadağan etmək mümkün deyil? İndi sosial şəbəkələr, Rusiyada geniş istifadə edilən Teleqram kanalları var: Rusiyanın qadağası ilə Zelenskinin video-müsahibəsi Teleqram kanallarında, Yutub və digər platformalarda elə yayıldı ki, Ukrayna arzulasaydı belə, bu cür təbliğat qura bilməzdi.

Rusiyada bilmirlərmi ki, “qadağa” ilə əslində Zelenskinin müsahibəsinə marağı dəfələrlə artırdılar?

- Heç bir məhdudiyyət olmayacağı deyilirdi – ancaq “işğal” sözündən istifadə edilən bütün mənbələr Rusiyada bloklanır, bu sözü dilə gətirənlər təqib edilir.

Adi psixoloji haldır: nə qədər məhdudiyyət olacaqsa, narazıların sayı o qədər çoxalacaq. Hazırda Rusiyada sanki düşünülmüş şəkildə narazılar ordusu formalaşdırılır.

- Bu ölkənin Müdafiə Nazirliyi gözümüzün qabağındaca Fərrux kəndindən Azərbaycan Ordusunun geri çəkildiyi yalanını rəsmi saytında tirajlamaqdan çəkinmirsə, artıq informasiya siyasətinin iflas etdiyi göz qabağındadır.

Bütün bunlar isə bir daha Rusiyada Putinin aldadıldığını və yaxud ona qarşı gözəgörünməz bir şəbəkənin işlədiyini gündəmə gətirir:

- Putin sənəd imzalayır, “müttəfiqlik” edir, Azərbaycanı dost görmək istəyir, “Qarabağ hər zaman Azərbaycanın olub” deyir, Rusiya MN isə prezidentinin imzasına hörmət etmir, “dqr”dən danışır, Putinin müttəfiqlik sənədi imzaladığı ölkə ilə münasibətləri gərginləşdirmək, 10 milyonluq əhalini ruslara qarşı – həm də indiki vaxtda – çevirmək yolunu tutur;

- Putinə Ukraynaya çağırışçıların göndərilmədiyini deyirlər və Rusiya lideri də bunu pəhəpəhlə efirdə səsləndirir, bircə gün sonra yalan üzə çıxır, Putin rüsvay olur;

- Müharibə gedə-gedə Rusiya MN-in generalları işdən qovulur, bu isə o deməkdir ki, Rusiya MN heç nə bacarmır və yaxud burda Putinə xəyanət edən qruplaşmalar var...

Bunun düşünərək edildiyi ehtimalı da önə çıxır. Rusiyanın bütün aqressiyasına can-başla haqq qazandırmağa çalışan Solovyovun İtaliyadakı malikanəsi üzərinə həbs qoyulan kimi səsi içinə düşür və narazılığa başlayırsa, hardan biləsən ki, məsələn, Rusiya MN rəhbərliyində təmsil olunan generallar İsveçrədəki milyardlarını xilas etmək üçün Qərblə sövdələşməyə getməyiblər?..

29 Noyabr 2024 HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
29 Noyabr 2024 Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi
29 Noyabr 2024 Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
29 Noyabr 2024 2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək
29 Noyabr 2024 Orduya əmr verdim, bu halda müharibə olacaq - Netanyahu
29 Noyabr 2024 Qazaxıstanda buna hazırıq - Putin
29 Noyabr 2024 Putin heç kimə bunu etməyə icazə vermir
29 Noyabr 2024 Bütün cəbhə xəttini qorumağa əsgərimiz yoxdur - Polkovnik
28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!
28 Noyabr 2024 ABŞ Maykrasofta qarşı araşdırmaya başladı
28 Noyabr 2024 Putin: Rusiya NATO-ya xəbərdarlıq edib ki...
28 Noyabr 2024 Putin: Rusiyaya zərbəyə cavab olaraq 2 gündə...
28 Noyabr 2024 Putin dünyanı hədələdi: Nüvə silahına bərabərdir!
28 Noyabr 2024 Bu da Kirill: “Oreşnik”i yaradanlara təşəkkür etdi
28 Noyabr 2024 Hizbullah İsrail mifini məhv etdi - Araqçı
28 Noyabr 2024 Borrell axır ki, vəzifədən gedir – sabah...
28 Noyabr 2024 Paşinyan gəlmədi, ona görə ilk söz mənimdir
28 Noyabr 2024 Türkiyənin dəstəklədiyi qrup hücuma keçdi, şiddətli döyüş gedir
28 Noyabr 2024 Suriyada böyük əməliyyat: Əsəd təcili Moskvaya getdi