Ukrayna düşmənin itkilərini iki, hətta üç dəfə də artıra bilər. Bununla belə, tərəfdaşların köməyinə ehtiyacımız var.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Tvitter səhifəsində yazıb.
Podolyakın sözlərinə görə, Rusiya hər gün 510-530 əsgər itirir. Bu, döyüşlərin son dərəcə yüksək intensivliyindən və Ukrayna hərbçilərinin motivasiyasından xəbər verir:
“Rusiya üçün geri qaytarıla bilməyən itkilərin sayını iki-üç dəfə artırmağın yolu ağır və uzaqmənzilli artilleriya sistemləri mərmilərinin tədarük həcmini kəskin şəkildə çoxaltmaqdır”.