Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkəyə dəyən ümumi zərər mülki itkilər, ÜDM və investisiyalar nəzərə alınmaqla, 564,9 milyard dollara çatır.
Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Yuliya Sviridenko bildirib.
O bildirib ki, Ukrayna infrastrukturuna 119 milyard dollar ziyan dəyib. Demək olar ki, 8000 km yol, onlarla dəmir yolu stansiyası və hava limanı dağıdılıb və zədələnib.
Ukrayna 2022-ci ildə potensial ÜDM-dən 112 milyard dollar itirib. Mülki əhalinin itkisi isə 90,5 milyard dollar dəyərində qiymətləndirilir: 10 milyon kvadratmetr mənzil, 200 min avtomobil, 5 milyon insanın ərzaq təminatı!
Müəssisə və təşkilatların itkiləri 80 milyard dollar, Ukrayna iqtisadiyyatına birbaşa investisiyaların itkiləri isə 54 milyard dollar həcmində qiymətləndirilir.
Dövlət büdcəsinə 48 milyard dollar ziyan vurulub.
Qeyd edək ki, hər gün rəqəmlər dəyişir və artır.