Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun İstanbulda keçirilməsi Kremlin taktiki güzəştidir.
Axar.az xəbər verir ki, bunu Beynəlxalq məsələlər üzrə Rusiya şurasının baş direktoru Andrey Kortunov deyib.
“Bu, müəyyən mənada Ukrayna tərəfinə güzəştdir, çünki Belarus ərazisi Rusiyaya danışıqlar aparmaq üçün daha rahat yer idi. İstanbul isə əksinə, Ukrayna tərəfi üçün daha əlverişli yerdir, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ildən ardıcıl olaraq Ukraynaya dəstək verir. Türkiyə NATO-nun üzvüdür, digər regional problemlərlə bağlı Rusiyanın mövqeyi ilə üst-üstə düşməyən öz mövqeyi var. Ümumiyyətlə, bu danışıqları Ukrayna ərazisində aparılırmış kimi xarakterizə etmək olar”, - Kortunov bildirb.