Taliban hökuməti qadın və kişilərin eyni vaxtda parklarda olmalarının qarşısını almaq üçün onların ayrılıqda həmin yerlərdə gəzə biləcəyi həftənin günlərini müəyyən edib.
Axar.az xəbər verir ki, bu barədə Taliban hökuməti məlumat yayıb.
“Qadınlar istirahət və əyləncə yerlərini bazar, bazar ertəsi və çərşənbə axşamı günləri ziyarət edə bilər, kişilər üçün isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri ayrılıb”, - məlumatda bildirilib.
Fərmana əsasən, qadınlar hicab taxmaq qaydasına riayət etməklə bu günlərdə parklarda əylənə bilərlər.
Eyni zamanda hökumət ictimai istirahət yerlərini ziyarət edəcək Taliban tərəfdarlarına hərbi geyimdə olmamağı və silah daşımamağı tövsiyə edib.