Blinkenlə görüş zamanı Ukrayna və İranın nüvə proqramını müzakirə etdik.
Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid deyib.
Onun sözlərinə görə, İsrail Rusiyanın hərbi təcavüzünü qınayır və ilk gündən Ukraynaya humanitar yardım göstərir.
“İran məsələsinə gəldikdə isə bu, yalnız İsrailin problemi deyil. Dünya İrana nüvə silahı yaratmağa icazə verməməlidir”, - Lapid bildirib.