Finlandiyanın “VR Transpoint” dəmir yolu şirkəti bu gündən etibarən Rusiyadan qatarların qəbulunu dayandırır.
Axar.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
“Rusiya Dəmir Yolları” şirkətinə qarşı tətbiq edilmiş sanksiyalar səbəbindən Rusiya və Finlandiya arasındakı yükdaşımaların həyata keçirilməsi artıq mümkün deyil. “VR Group” Qərb ölkələrinin sanksiyalarını yetinə yetimək məcburiyyətindədir”, - məlumatda qeyd olunub.