Tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışacağam.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.
Makron bildirib ki, mülki vətəndaşların Mariupoldan təxliyəsi ilə bağlı xüsusi əməliyyat keçirmək niyyətindədirlər.
“Biz Mariupol meri və Ukrayna hökuməti ilə konkret danışıqlar apardıq. Daha sonra Rusiya tərəfi ilə danışıqlar aparacağıq. Mən yaxın 48 və yaxud 72 saat ərzində Vladimir Putinlə də danışacağam”, - Makron bildirib.
Qeyd edək ki, bundan öncə Makron Fransa, Yunanıstan və Türkiyənin Mariupol şəhərində qalan dinc sakinlərin təxliyəsi üçün əməliyyat keçirmək istəyini bildirmişdi.