Rusiya hərbçilərinin əksəriyyəti döyüşmək istəmir.
Axar.az xəbər verir ki, bunu Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.
O, müharibənin may ayına kimi başa çatacağına inandığını açıqlayıb:
“Belə proqnozlara inanıram. Əlbəttə, heç nə asan olmur. Vəziyyətə baxıram və bəli, buna inanmaq istəyirəm. Müharibəni pul, maddi-texniki təchizat, insanlar qazanır. Rusiya sanksiya altındadır, tezliklə heç nələri qalmayacaq. Bundan əlavə, rusların əksəriyyəti döyüşmək istəmir. Onlar başa düşürlər ki, uğur qazana bilməyəcəklər”, - Kim deyib.
O əlavə edib ki, bu gün vaxt Ukrayna üçün işləyir:
“Çünki Ukrayna Silahlı Qüvvələri güclənir, işğalçılar isə zəifləyir. Buna görə də inanıram ki, müharibənin tez başa çatması üçün perspektivlər mövcuddur”.