Rusiyanın “Lukoyl” şirkətinin neft treyderi olan İsveçrənin “Litasko” şirkəti sanksiyalardan sonra fəaliyyətini məhdudlaşdırır.
Axar.az xəbər verir ki, məlumatı “Röyters” agentliyi yayıb.
Bildirilir ki, Qərbin antirusiya sanksiyalarının ardından “Lukoyl” marjinal tələbləri təmin etmək məqsədilə kapital axınını azaltdıqdan sonra şirkətin İsveçrə ticarət qolu əməliyyatlarını məhdudlaşdırıb.
Treyderlərin sözlərinə görə, gündəlik 3,6 milyon barreldən çox neft emal edən “Litasko” indi əsas diqqətini “Lukoyl”un Avropadakı neft emalı zavodlarına neft göndərməyə və neft məhsulları satmağa yönəldib. “Litasko” nümayəndəsi açıqlamasında bildirib ki, kifayət qədər likvidlik hovuzu daxilində fəaliyyət göstərilməsini təmin etmək üçün korporativ fəaliyyətdə təbii müvəqqəti azalma baş verib.
Qeyd edək ki, “Litasko”nun ABŞ, Hollandiya, Qazaxıstan və digər ölkələrdə törəmə şirkətləri və filialları var.