Rusiya-Ukrayna müharibəsi başlayandan, yəni fevralın 24-dən bu günə qədər 135 uşaq həlak olub, 184-ü isə uşaq yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, ən çox itkilər Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Zaporojiye, Jitomir, Xerson və Sumdadır.