Hollandiyanın boya və üzlük istehsalçısı "Holland Colours" şirkəti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus layihələrinə investisiyalarını dayandırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin nümayəndələri xəbər veriblər.
"Holland Colours" Rusiya və Belarusda biznesin inkişafına investisiyaları dayandırır, lakin Aİ sanksiyalarına uyğun olaraq məhsullarını müştərilərə satmağa davam edəcək", - deyə açıqlamada deyilir.