İranda Novruz bayramında baş vermiş yol qəzaları nəticəsində 288 nəfər dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə İranın yol polisi idarəsi (RAHVAR) məlumat yayıb.
Qeyd olunub ki, hər saata 2 nəfər həlak olub.
Qəzaların böyük əksəriyyəti hava şəraitinin kəskin pisləşməsi səbəbindən baş verib.
Yol polisi bildirib ki, son 24 saat ərzində baş verən qəzaların təxminən 30%-i yorğunluq və yuxusuzluq səbəbindən olub.
Həmçinin, polis iranlı sürücüləri lüzumsuz səfərlərdən çəkinməyə, təcili ehtiyac yarandıqda isə avtomobilləri qış təkərlərində idarə etməyə çağırıb.