Polşanın NATO sülhməramlılarını Ukraynaya göndərmək təklifi Üçüncü Dünya müharibəsinə səbəb olacaq.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Görürsən, bu çılğın polyaklar okeanın o tayından kimisə (ABŞ Prezidenti Co Bayden nəzərdə tutulur – red.) dəvət edib, beynini doldurmağa başlayıblar, 100 min nəfərlik sülh qüvvələri yaradıb, onları Ukraynaya göndərməyi təklif edirlər. Anladığınız kimi, bu, Üçüncü Dünya müharibəsi deməkdir! Nə düşünürsünüz, biz qorxub, kənara qısılacağıq?" - Lukaşenko bildirib.
O, vəziyyətin çox ciddi və gərgin olduğunu vurğulayıb.