15:22
Türkiyə prezidentliyinə keçmiş namizəd Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasından rəsmən istefa etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bunu İncə jurnalistlərə açıqlamasında deyib.
“Bu gün “Türkiyə təəssüf ki, Azərbaycana yardım etdi” deyənlərlə yolumu ayırıram. Bu gün saxta CHP-çi olanlarla, FETÖ-cuları, sorosçuları qoruyanlarla, “Mavi Vətən”i anlamayanlarla, “Türkiyə təəssüf ki, Azərbaycana yardım etdi” deyənlərlə yollarımı ayırıram”, - İncə bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyədə özgüvəni və iddiası olmayan tək müxalifət partiyası CHP-dir:
“CHP Atatürkün qoyduğu ideologiyadan uzaqlaşıb. Cəfasını çəkənlər başqa, səfasını sürənlər başqadır. ABŞ-dan demokratiya dilənənlərlə yolumu ayırıram. Mustafa Kamal deyib, Mustafa Kamal Atatürk deməyənlərlə yolumuz ayrıldı”.
Qeyd edək ki, Məhərrəm İncə artıq partiya yaratmaq üçün hazırlıqlara başlayıb. Belə ki, o, 2018-ci il prezident seçkisi dönəmində yaratdığı Məmləkət Hərəkatını Məmləkət Partiyasını çevirəcəyini bildirib.
İncədən bir neçə gün öncə CHP-dən üç millət vəkili də istefa verdiyini açıqlamışdı.