ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) təhlükəsizliyimizin, etibarlılığın və regional enerji tədarükünün artırılmasıyla əlaqədar bir sıra tərəfdaş ölkələrlə proqram reallaşdırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu məlumatı RT yayıb. Televiziya yeni layihənin “enerji aktivlərinin inkişafına investisiyalar” adlandırıldığını bildirib.
Layihə çərçivəsində enerji sektorunun bütün sahələrinə, o cümlədə istilik və elektrik enerjisi istehsal edən obyektlərə, paylama şəbəkələrinə, bərpa olunan enerji mənbələrinə investisiyaların qoyulması nəzərdə tutulub.
Layihənin Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Kosova, Moldova, Şimali Makedoniya, Serbiya və Ukraynaya aid ediləcəyi bildirilib.
Yeni layihənin ABŞ biznesi və texnologiyaları üçün bazarların açılmasına imkan yaradacağı vurğulanıb.