Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan parlamentin Təhlükəsizlik və müdafiə komissiyasının rəhbəri Andranik Köçəryanla görüşüb.
Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan mətbuatı yayıb. Məlumata görə, görüşdən sonra Arutyunyan jurnalistlərin Qarabağdakı separatçıların hərbi dəstələrinin ləğv edilməsi, hərbi əsirlərin geri qaytarılması bağlı suallarını cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, erməni mediası Qarabağda erməni silahlı dəstələrinin ləğv edildiyi və ağır hərbi texnikanın Azərbaycanın rus sülhməramlılarının nəzarətində olan ərazisindən çıxarıldığı haqda qeyri-rəsmi məlumat yayıb.