Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan növbədənkənar parlament seçkisində iştirak etməyə hazır olduğunu bildirib.
Axar.az xəbər verir ki, Ohanyan hələlik hansı partiya ilə seçkiyə qatılacağını açıqlamayıb.
Qeyd edək ki, Ohanyan bundan öncə bir dəfə parlament seçkisində Serj Sərkisyanın hakimiyyətinin sonlarına yaxın iştirak etmişdi. Onun o zaman seçkiyə qatılmasına səbəb Sərkisyanla arasında yaranan inciklik olmuşdu. Ohanyan seçkiyə keçmiş xarici işlər naziri Vardan Oskanyan və İrs Partiyasının sədri Raffi Ovanisyanla blok yaradaraq qatılmışdı. Blok seçkidə 2% səs toplaya bilməmişdi.