Qarabağdakı separatçıların keçmiş “komandan”ı Cəlal Arutyunyanın Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinə təyinatı sosial şəbəkələrdə etirazlara səbəb olub.
Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Arutyunyanı hakimiyyətə satılmaqda ittiham ediblər.
Onların fikrincə, Arutyunyana MN-in ən gəlirli sferasını verməklə hakimiyyət onun ağzını yummağa və hökumətə qarşı opponentlərinin istifadə alətinə çevrilməməsinə çalışır.
Qeyd edək ki, Arutyunyan II Qarabağ savaşı zamanı Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində ağır yaralanmışdı, uzun müddət komada qalmışdı.