ABŞ illik qaçqın qəbulu limitini 125 minə qaldıracaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Bu gün qaçqın qəbulu proqramımızın yenidən qurulması ilə bağlı bir sərəncamı təsdiqləyəcəyəm. Bu, ilk maliyyə ilində qaçqın qəbulunu yenidən 125 minə çatdırmağa imkan verəcək”, - Bayden bildirib.
Qeyd edək ki, keçmiş prezident Donald Tramp dövründə ABŞ-ın qaşqın qəbulu limiti 15 minə endirilmişdi.