“Peyvənd millətçiliyi” yeni koronavirus mutasiyasının ortaya çıxmasına səbəb ola bilər.
Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus deyib.
Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın zəifliyi bütün dünyada vaksinasiyanın qarşısında duran ən böyük maneədir.
O, peyvənd variantlarının sayının artmasına rəğmən onun qlobal tələbin kiçik bir hissəsini ödədiyini bildirib.
Qebreyesus dünya əhalisinin 16 faizinin cəmləşdiyi zəngin ölkələrin peyvənd ehtiyatının 60%-ni aldığını bildirib. Onun sözlərinə görə, əgər dünya əhalisinin böyük hissəsi peyvənd olunmasa, o zaman zəngin ölkələrin səyləri məhsuldar olmayacaq.