Vyetnamda COVİD-19-un yeni ştammına rast gəlinib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin hökumət portalı VGP məlumat yayıb.
Qeyd olunub ki, Milli Gigiyena və Epidemiologiya İnstitutu Hai Duonq və Quanq Ninidə koronavirus xəstələrindən alınan test nümunələri nəticəsində İngiltərədə yayılan yeni COVİD-19-a bənzər ştamm aşkar edib.