Çin-ABŞ münasibətləri getdikcə düşmənçilik halına gəlir, lakin bu, iki ölkə arasındakı əməkdaşlığı da istisna etmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın yeni dövlət katibi Entoni Blinken Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Heç kimə sirr deyil ki, ABŞ ilə Çin arasındakı münasibətlər bəlkə də dünyanın ən vacibidir. <...> Ancaq bu münasibətlərdə getdikcə daha çox düşmənçilik aspektləri yaranır, burada rəqabət və hələ də əməkdaşlıq aspektləri də var. Və əməkdaşlıq aspektləri qarşılıqlı maraqları təmsil edən sahələrdə mövcuddular", - Blinken qeyd edib.