09:07
İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ olub.
Axar.az xəbər verir ki, zəlzələ nəticəsində ən az 3 nəfər ölüb, 24 nəfər isə yaralanıb.
Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, 60-dan çox bina dağılıb.
Yeraltı təkanların bir neçə torpaq sürüşməsinə səbəb olduğu da deyilir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərbdə yerləşib. Zəlzələ yerin 8 kilometr dərinliyində meydana gəlib.
***
Zəlzələ İndoneziyanın Mamucu şəhərində xəstəxananın dağılmasına səbəb olub.
Xəstəxana işçiləri, eləcə də xəstələr dağıntılar altında qalıb.
"Xəstəxana dağılıb, məhv olmuş vəziyyətdədir. Xəstələr və xəstəxana işçiləri dağıntıların altında qalıb, axtarış işləri davam edir”, - deyə yerli xilasedici qrupun üzvləri bildirib.
Məlumata görə, Qərbi Sulavesi vilayətinin inzibati mərkəzində yerləşən xəstəxananın dağıntıları altında 10-a yaxın insan qalıb.
Zəlzələ nəticəsində ümumilikdə ölkə üzrə 26 nəfər həlak olub, 600 nəfər isə xəsarət alıb.