ABŞ Prezidenti Donald Tramp Tvitterdəki hesabının blok edilməsindən sonra yeni sosial şəbəkə yaratmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
“Uzun müddətdir ki, Tvitter söz azadlığının məhdudlaşdırılmasında daha da irəliləyir. Mən nə olacağını proqnozlaşdırırdım. Biz müxtəlif saytlarla danışıqlar aparırıq, tezliklə mühüm məlumat verəcəyik. Bununla yanaşı, yaxın gələcəkdə öz platformamızı yaratmaq imkanını nəzərdən keçiririk. Bizi susdura bilməyəcəklər!" - Tramp bildirib.
Qeyd edək ki, Vaşinqtondakı hadisələrdən sonra Trampın sosial şəbəkə hesabları dondurulub.