Rusiyada yeni zenit idarəolunan "Strela-9M333" raketinin sınaqları uğurla başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.
Bildirilib ki, “Strela-9M333" istənilən fəsildə atılan və modullaşdırılmış optik əngəllərin, həmçinin pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin tətbiqi şəraitində təyyarələri və helikopterləri məhv edə bilir.
Bundan əlavə, "Strela-9M333"-ün istiqamət başlığının üç iş rejimi var: fotokontrastik, infraqırmızı və maneəli. Həmin xüsusiyyət bu cihazı digər qurğulardan fərqləndirir.
Sınaqların başa çatdığına görə konsern Rusiya Müdafiə Nazirliyinin maraqlarına uyğun olaraq sözügedən raketin istehsalına başlayıb.