Ermənistan hakimiyyəti böhrandan çıxış üçün fərqli ssenarilər düşünür.
Axar.az xəbər verir ki, bu iddia ilə “Sputnik Ermənistan” agentliyi çıxış edib.
Agentlik belə ssenarilərdən birinin spiker Ararat Mirzoyanın baş nazir seçilməsi ola biləcəyini iddia edib:
“Mirzoyan Paşinyanın sadiq tərəfdarıdır. Mirzoyan səbirli siyasətçi reputasiyasına sahibdir. Paşinyandan fərqli olaraq, o, opponenti ilə asan şəkildə ümumi dil tapa bilər. Paşinyanın gedişi və Mirzoyanın gəlişi nəzəri olaraq situasiyanı yeniləyə bilər, amma onun uzunmüddətli zaman kəsiyində ölkəni stabilləşdirə biləcəyi sualına cavab hələ də açıqdır”.