Fransada təhlükəsizliklə bağlı qəbul edilən qətnamənin Afrika əsillilər və digər milli azlıqlar üçün mənfi təsirləri ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet deyib.
M.Baçelet yeni qanunun 24-cü maddəsini sərt tənqid edərək, burada müsəlmanların hədəf alınacağından ehtiyatlandığını dilə gətirib:
“Fransada uzun zamandır ki, hüquq-mühafizə orqanlarında irqçiliyin və bu yöndə təcrid edilmənin şahidi oluruq. Bu vəziyyətə təcili müdaxilə edilməlidir”.
Qeyd edək ki, Fransa Milli Məclisində qəbul edilmiş təhlükəsizlik qətnaməsinə görə, hüquq-mühafizə orqanlarında çalışan əməkdaşların şəxsiyyətini müəyyənləşdirən foto və video görüntülərin yayımlanması qadağan edilib. Yeni qanuna riayət etməyənləri 1 il həbs və 45 min avro cərimə cəzası gözləyir.