Hindistan COVID-19 peyvəndinin inkişafında ön sıralarda yer alır. Buradakı bəzi qurumlar sahib olduğu güclü və yüksək potensiallı elmi cəmiyyəti ilə inkişafın ön mərhələsindəsindədir. Hindistanın ən yaxşı institutları hesab olunan Əhmədabadda "Zydus" Biotexnika Parkı, Heydərabadda "Bharat" Biotexnika və Pune şəhərində yerləşən Serum institutu tərəfindən həyata keçirilən COVID-19 peyvəndinin hazırlanması və istehsal prosesi ilə bağlı geniş bir araşdırma aparmaq, həmçinin bu prosesdə iştirak edən alimlərə mənəvi dəstək olmaq üçün 28 noyabr 2020-ci il tarixində Hindistanın Baş naziri Narendra Modi bu 3 şəhərə səfər etdi. Baş nazir Modi bildirdi ki, Hindistan yalnız peyvənd araşdırmalarına görə ön sıralarda deyil. O, eyni zamanda dünyada peyvənd istehsalı üçün həlledici rol oynayacaq. Hindistan virusla birgə mübarizə zamanı digər ölkələrə köməklik göstərməyi özünə mənəvi borc hesab edir. Növbəti ay 100 ölkənin səfirinin Hindistanın Serum İnstitutu və Gennova Məhdud Biofarmakologiya institutuna ziyarət etmələri planlaşdırılır. COVID-19 böhranı zamanı Hindistan 133 ölkəyə dərman tədarük edərək pandemiya ilə mübarizədə dünyanın əzcaçısı rolunu oynayıb.
Hökümətin qəbul etdiyi sürətli və təşəbbüskar qərarlar ölkəyə pandemiyanın yayılmasına nəzarət etməyə köməklik göstərir. Hindistan, hökumət və institusional səviyyədə virusa qarşı dərhal önləyici tədbir görən ölkələrdən biri idi, burada 17 yanvar 2020-ci il tarixindən sərnişinlərin yoxlanılmasına start verilib, ölkədə yalnız 500 virusa yoluxma halı qeyd olunmasına baxmayaraq 24 mart 2020-ci il tarixində pandemiya ilə mübarizə üçün kifayət qədər infrastruktur və digər imkanlar yaratmaq məqsədilə bütün ölkə üzrə karantin rejimi tətbiq olundu və bununla da dünyada ilkin olaraq karantin rejimini tətbiq edən ölkələr sırasına yer aldı. Baş nazir Modi özü ölkədəki COVID-19 pandemiyası ilə bağlı vəziyyəti şəxsən nəzarət edir və son 9 ay müddətində demək olar ki hər həftə ən az bir dəfə COVID-19 ilə əlaqədar iclasa rəhbərlik edir və bunların əksəriyyəti ictimaiyyətin diqqətindən kənarda qalırdı. O, səhiyyə işçiləri və idmançılar, eləcə də mətbuat nümayəndələri və radio aparıcıları kimi cəmiyyətin bütün təbəqələri ilə qarşılıqlı ünsiyyətdə olub, onları insanları məlumatlandırmağa, öyrətməyə, təcrübələrini aşılamağa və yüksək bacarıqlarını istifadə etməyə təşviq edib.
Baş nazir Modi 24 mart tarixində tamamilə karantin rejiminin tətbiq olunmasının lazım olduğunu bildirəndə, virusa yoluxma halı yalnız bir həftə ərzində 10.9% -dən 19.6% -ə qalxmış və 3 gündən biraz çox müddətdə ikiqat artma halı qeyd olunmuşdu. O vaxta qədər heç bir ölkənin bu qədər erkən qəbul etmədiyi bütün ölkə üzrə karantin rejiminin tətbiq olunması ilə bağlı bu qərarı Baş nazir Narendra Modi qəbul etmişdi. Bu qərar Hindistanın trayektoriyasını dəyişdirdi. Karantin rejimi ilə bağlı seçim gec həyata keçirildiyi təqdirdə, artıq üst səviyyəli mərhələyə daxil olunduğu üçün bu qərar həqiqətən kömək etməzdi. Bu vaxta qədər xəstəxanalar artıq dolmuşdu və ölüm halları artırdı. Bundan başqa, bu, pandemiyanın müalicəsinin aparılması üçün hökumət tərəfindən infrastrukturun yaradılması istiqamətində həlledici bir dövr idi. Hindistan karantin müddətindən istifadə edərək 15.362 xüsusi COVID-19 səhiyyə müəssisəsi, 1540000 təcrid olunmuş çarpayı, 27000 oksigen dəstəkli yataq və reanimasiya şöbəsi üçün 78.000 çarpayı təsis etdi. Ölkədəki dövlət xəstəxanaları 32.400 nəfəs aparatı ilə təmin olundu. Bu rəqəmi son 70 ildə dövlət xəstəxanalarının cəmi 12 min nəfəs aparatı ilə sahib olması faktı ilə müqayisə edin! Həmçinin ştat hökümətləri 37 milyon N95 maskası və şəxsi mühafizə üçün nəzərdə tutulan 16 milyon tibbi avadanlıq ilə təmin olundu.
Müxtəlif ölkələrin pandemiyaya qarşı mübarizədə nə qədər uğur qazandığı ilə bağlı sual soruşulanda, hər ölkə üzrə ümumi yoluxma sayına baxmaq asan yoldur. Ancaq bir ölkənin fəaliyyətinin həqiqi ölçüsü bir milyon yoluxma halına düşən ölüm sayı ilə müəyyən olunur. 28 noyabr tarixindən etibarən Hindistanda bir milyon əhaliyə 6.731 yoluxma halı rast gəlib ki, bu da pandemiyadan çox təsirlənən digər ölkələrə nisbətən daha az rəqəmdir. Bir milyon əhaliyə düşən ölüm sayına gəlincə, Hindistanda bir milyon əhali üzrə cəmi 98 ölüm halı qeyd olunub. Hal-hazırda Hindistanda şkala üzrə aşağı tendensiya müşahidə olunur. Ən yüksək yoluxma halı sentyabr ayının ortalarında baş vermişdir və bu rəqəm gündəlik 97.894 yoluxma halı idi və 26 noyabr tarixində isə artıq cəmi 43.174 yoluxma halı qeyd olunub.
Bütün ölkədə pandemiya ilə mübarizə aparılan zaman, təcili olaraq eyni zamanda yoxsulluqla mübarizə aparmaq şərt idi və bu dayandırılmanın yoxsullar üçün çətinlik yaratmamasına ehtiyac duyulurdu. Hökumət qadınlara, yoxsul yaşlı vətəndaşlara və fermerlərə pulsuz ərzaq taxılı və nağd pul vermək, fermerlərə dəstək olmaq, tikinti və inşaat işçilərinə müavinət vermək, yoxsul ailələrə pulsuz qaz balonları ilə təmin etmək üçün hərəkətə keçdi. Nümunə olaraq qeyd etmək olar ki, Hindistanda 420 milyon əhali təxminən 10 milyard ABŞ dolları dəyərində maddi yardım aldı.
Ölkədə erkən karantin rejiminin tətbiqinin, eləcə də iqtisadiyyatın daha erkən zamanda fəaliyyətinin davam etdirilməsinin təsiri əksər yüksək tezlik göstəricilərində yüksəliş ilə müşahidə olunur. İstehsalat satınalmaları üzrə menecerlər indeksi (PMI) sentyabr ayında 56,8-dən 2020-ci ilin oktyabr ayında 58,9-a qalxdı və bununla da, son on ilin ən yüksək göstəricisi qeyd olundu. PMI Xidmətləri indeksi də həmçinin oktyabr ayında 54.1-ə yüksəldi və yeddi aylıq kiçilmə ardıcıllığına son qoyaraq bazar şərtlərinin yaxşılaşdığına işarə etdi. Sərnişin nəqliyyat vasitəsi satışlarında 2020-ci ilin oktyabr ayında 2 faiz artım müşahidə olundu, iki təkərli avtomobilin daxili satışlarında isə 16,8 faiz yüksəlif oldu və bu göstəricinin istehlak tələbi üçün yaxşı göstərici olduğu bildirilir. Vergi yığımları səkkiz ayın ən yüksək səviyyəsinə yüksəldi və illik 10,2 faiz artım ilə müsbət bir il kimi qeyd olundu. Dəmiryol yükdaşıması oktyabr ayında 15,4 faiz, noyabrın ilk 10 günündə 13,6 faiz artdı. Oktyabr ayında yük daşıma həcmində 1,23 faiz artım qeyd olundu və bununla da, əvvəlki ilin səviyyələrinə görə yüzdə yeddiyə çatdı. Yerli aviasiya sərnişinləri may ayında 2800000-dən avqust ayında 28320000-ə, sentyabr ayında 39430000-dən və oktyabr ayında 52710000-ə qalxdı. Hindistanın ÜDM-ində 20-ci maliyyə ilinin 2-ci kvartalında 7.5% azalma müşahidə olundu, müqayisədə 20-ci maliyyə ilinin birinci kvartalında 23.9% azalma qeyd olunmuşdu. Bu iki kvartal ərzində, xüsusi istehlak xərclərində də həmçinin böyük bir irəliləyiş görülə bilər və bu, Hindistan istehlakının yaxın bir neçə ay ərzində yenidən inkişaf edəcəyinə bir işarədir.
Hindistanın Bakıdakı səfiri B.Vanlalvavna