Azərbaycanın Vətən torpaqlarını geri almasından məmnunuq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.
"Bölgədəki geosiyasi vəziyyət hərtərəfli müzakirə olundu. Bu kontekstdə imzalanan atəşkəs razılaşması ilə ölkəmizin Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına verəcəyi töhfənin əhəmiyyəti vurğulanıb", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Türkiyə MTŞ-nin 4 saat yarım davam edən iclası baş tutub. Görüşdə Qarabağla bağlı imzalanan atəşkə razılaşması da gündəmdə olub.