Çin prezidenti Si Tsinpin Co Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tsinpin təbrik teleqramında bildirib ki, ABŞ-Çin münasibətlərinin sağlam və davamlı inkişafı yalnız iki ölkənin xalqlarının mənafelərinə cavab vermir, eyni zamanda beynəlxalq birliyin ümumi gözləntilərini əks etdirir.
mitsubishi-motors.az
Çin lideri ölkəsi ilə ABŞ arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf edəcəyinə, fikir müxtəlifliyinin aradan qaldırılacağına ümid etdiyini söyləyib.
O, Çin və ABŞ-ın qlobal sülhün və inkişafın qorunmasına kömək etmək üçün digər ölkələr və beynəlxalq ictimaiyyətlə birgə çalışacaqlarına ümid etdiyini də bildirib.