Ukrayna Korrupsiyanın qarşısının alınması üzrə Milli Agentliyi Yuliya Timoşenkonun Batkivşina Partiyasının dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması ilə bağlı qərar qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Kiyev Dairə Məhkəməsindən məlumat verilib.
Məlumata görə, partiya artıq agentliyi məhkəməyə verib.
Timoşenkonun partiyası məhkəmədən partiyanın dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması barədə agentliyin qərarının ləğv edilməsini tələb edib.
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, bir partiya parlament seçkilərində 5 faizdən çox səs toplayarsa, qanuni fəaliyyət üçün dövlətdən maliyyə almaq hüququna malikdir. Yuliya Timoşenkonun Batkivşina Partiyası da son parlament seçkilərində 8.18 faiz səs toplamışdı.