Heç kimə sirr deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyanın təcrübəli ABŞ siyasətçiləri tərəfindən yaradılan “sınmaz” inqilabçı obrazına baxmayaraq, o, əslində, idarə olunan insandır. Paşinyana ən çox təsir edən isə onun arvadı Anna Akopyandır.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov Anna Akopyanın erməni mediasında Azərbaycanın düşmən işğalından azad edilmiş ərazilərinə dair “ehtiyat planı” mövzusunda şayiələr yayması haqda danışarkən söyləyib.
O bildirib ki, Anna Akopyan ilə yanaşı Paşinyanın qaynı Qraçya Akopyan da Nikola təsir edə bilər:
“Əlbəttə ki, nə Qraçya Akopyan, nə Anna Akopyan, nə də Nikol Paşinyan dövründə ciblərini dolduran digər məmurlar mənfəət və statuslarından imtina etmək istəyər. Onlar özləri dərk etməyə başlayırlar, ya da kimsə onlara Ermənistandan Qərbə ötürülən milyonların müsadirə edilə biləcəyini, pulun sahiblərinin həbsxanaya düşə biləcəyini aydın şəkildə izah edib”, - Arkov qeyd edib.
Politoloq bildirib ki, son illər ərzində ABŞ, Böyük Britaniya və Avropa İttifaqının bir çox ölkələrinin qanunvericiliyi bu istiqamətdə əhəmiyyətli dərəcədə sərtləşdirilib:
“Yəni Soros Fondunun və ABŞ Dövlət Departamentinin sifarişlərini yerinə yetirərkən Akopyangil Ermənistandakı yeni inqilabdan qaçmaq və oğurladıqlarını xərcləmək haqqını qazanmalıdır. Bununla yanaşı, II Qarabağ müharibəsinin sonunda rəsmi Moskva və Ankaranın regionunda mövqelərinin güclənməsinin Vaşinqtonu qıcıqlandırdığı aydın olur. Buna görə də bizi “əyləncəli zamanlar” gözləyir".