Milli.Az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndi təsdiqləyəndən sonra preparat Gürcüstan üçün əlçatan olacaq.
Mərkəz rəhbəri preparatın Gürcüstana nə zaman çatdırılacağı ilə bağlı dəqiq tarixin hələ məlum olmadığını deyib.
Qeyd edək ki, Gürcüstan hökuməti əhalinin 20 %-i üçün peyvənd alacaq. Ölkə 1 milyon 400 min doza vaksinin alınması üçün artıq ilkin ödəniş edib. (publika.az)