Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında kişi altı uşağı girov götürüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Hadisə Kolpinoda yerləşən mənzillərdən birində qeydə alınıb.
Bildirilib ki, uşaqları girov götürən şəxs içkilidir və o balta ilə silahlanıb. Mənzilə daxil ola bilməyən həmin şəxsin həyat yoldaşı polisə müraciət edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxslə danışıqlar aparır.