Fransanın məşhur “Le Monde” qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmaq arzularından bəhs edən məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaları ilə bağlı fikirləri yer alıb.

Qeyd edilir ki, məcburi köçkünlər 26 il ərzində öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onların Azərbaycan Prezidenti İlham Əliyevin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış şəhər və kəndləri yenidən bərpa etdirəcəyinə inandıqları bildirilir.

“Prezidentimiz hər şeyi yenidən quracaq və biz qayıdacağıq”, - deyə 78 yaşlı Ülkər Allahverdiyeva qeyd edir. O, daha sonra deyir: “Hökumətimizə etibar etmişəm və bu gün də etibar edirəm. Qələbəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik və torpaqlarımıza qayıtmağımızı gözləyirik”.

Məqalədə bildirilir ki, işğal altında olan ərazilərinin azad edilməsi hər zaman Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub. Xalq daim doğma yurduna qayıtmaq arzusu ilə yaşayıb. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın və onun ətrafında yerləşən, yalnız azərbaycanlıların yaşadıqları yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, aparılan etnik təmizləmə nəticəsində 600 mindən çox azərbaycanlı doğma yurdundan didərgin salınıb.

Məqalədə Qarabağdan didərgin düşmüş Allahverdiyevlər ailəsi başlarına gələn faciələrdən də bəhs edirlər. Onlar erməni silahlı qüvvələrinin axşam saatlarında kəndlərinə daxil olduğunu, evləri tanklardan atəşə tutduğunu, insanların ayaqyalın günlərlə çöllərdən keçərək qurtulmağa çalışdıqlarını xatırlayırlar.

“Biz, sadəcə, maşına minməyə vaxt tapdıq. Əşyalarımızı, pasportlarımızı götürməyə belə vaxtımız olmadı. Sadəcə, evimin qapısını açarla bağladığımı xatırlayıram. Qaçan zaman avtomobilimiz işləmədi, üç gün piyada getməli olduq. Qarabağda yüzlərlə azərbaycanlının yaşadığı kəndlər kimi, bizim Horovlu kəndimiz də tamamilə dağıdıldı”, - deyə Ülkər Allahverdiyeva bildirir. O, əlindəki şəkli göstərərək deyir: “Bunlar mənim həyat yoldaşım, oğlum və qardaşım oğludur. Döyüşüb şəhid olublar”.

“Hər kəs o torpaqlara qayıdıb iş tapacaq, bir oralarda yeni həyat qurmaq istəyirik”. Bu sözləri isə Ülkər Allahverdiyevanın qızı Mehriban Quliyeva 2016-cı ildə hökumətin yenidən qurduğu Cocuq Marcanlı kəndini misal gətirərək deyir.

Ülkər Allahverdiyevanın tibb texnikumunda təhsili alan 25 yaşlı nəvəsi Günay isə deyir: “Bakını sevirəm, amma mən tibb bacısı işləyəcəyim Horovluya gedəcəyəm”.

Ermənilərin işğal etdikləri kəndlərdə qəbiristanlıqları dağıtmalarına qəzəblənən Rəhman isə bunları deyir: “Onlar mənim atamın cəsədini qazıb çıxarıblar. Qəbir daşlarını sındırdıqları bir yana qalsın, qəbirləri buldozerlə qazmağa və cəsədlərin qalıqlarını çıxarmağa nə ehtiyac var idi?!”. Bu xəbəri Rəhmana onun qardaşının Azərbaycan Ordusunda xidmət edən əsgər oğlu verib. O, Horovluya gedib və kəndin hazırkı vəziyyətini əmisinə təsvir edib.

Rəhman ruhdan düşmədiyini, kəndə qayıdıb orada vaxtilə tikdirdiyi ikimərtəbəli evi yenidən tikdirmək arzusunda olduğunu bildirir.

Onun qonşusu Elçin Hüseynov da ermənilərin bu hərəkətindən qəzəblənir: “Ermənilər otuz ildir torpaqlarımızı talan etdilər. İndi gedəndə evləri yandırırlar. Onlar məhv etdikləri hər şeyə görə cavab verməlidirlər”.

Yazıda o da qeyd edilir ki, Qarabağda ərazilərin böyük hissəsi minalanıb və təhlükəsiz yaşamaq üçün əvvəlcə bu ərazilər minalardan təmizlənməlidir.

22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu