Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkələrdə İran ərazisində müəyyən sayda erməni hərbçisinin olması ilə bağlı məlumatlara reaksiya verib.
Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri İranın Ermənistandakı səfirliyinin nömrələrini qeyd edərək, Xocavənd və Cəbrayılda xidmət edərkən itkin düşən əsgərlərin valideynlərinin övladları haqda bilgilərə sahib olmaq üçün səfirliklə əlaqə saxlaya biləcəklərini bildiriblər.
Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bu məlumatı aydınlaşdırmaq üçün İran tərəfi ilə fəal işlədiklərini bildirib.
Onun sözlərinə görə, Ermənistanın Tehrandakı səfirliyinin sorğusuna cavab olaraq və İranın İrəvandakı diplomatik nümayəndəliyi ilə danışıqlar zamanı İranda erməni hərbçilərinin olması barədə məlumat təsdiqlənməyib.
Xatırladaq ki, son günlər Qarabağ cəbhəsinin cənub sektorunda, Araz vadisində gedən döyüşlər zamanı hərbi personalın İran ərazisinə keçməsi barədə məlumatlar yayılmaqdadır.