Cəbrayılda Ermənistan ordusunun bütün müdafiə xətləri məhv edildi. 80 erməni əsgərdən 40 nəfər qalmışdı.
Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu erməni MMA döyüşçüsü Eduard Vartanyan deyib.
"Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi" - deyə Eduard Vartanyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan PUA-ları mülki maşınları, obyektləri vurmurdu, buna görə də erməni general təcili tibbi yardım maşınına minib ərazidən qaçıb.